"Qəbələ"nin baş məşqçisi: "Qarabağ" çempionatın favoritidir"

"Qəbələ"nin baş məşqçisi: "Qarabağ" çempionatın favoritidir" "Oyunun çətin keçəcəyini bilirdik"
Futbol
2 Mart , 2021 20:22
Qəbələnin baş məşqçisi: Qarabağ çempionatın favoritidir
Elmar Baxşıyev

"Oyunun çətin keçəcəyini bilirdik. Rəqib çempionatın favoritidir. Heyətimizdə itkilər olduğundan rotasiyaya getməyə məcbur idik. İlk hissədə narazı qaldığımız məqamlar var idi. Amma təslim olmuruq. Yuxarı pillələrə qalxmağa çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, qarşılarına Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyulmayıb: "Sadəcə öz oyun dəst-xəttimiz var. İnanıram ki, getdikcə daha yaxşı oynayacağıq. Komandamın potensialı var".

Son xəbərlər

Orphus sistemi