"Qəbələ"nin baş məşqçisi: "Komandamız özünü ikinci hissədə göstərdi"

"Qəbələ"nin baş məşqçisi: "Komandamız özünü ikinci hissədə göstərdi" Oyunun ağır keçəcəyini bilirdik. İki futbolçumuz matçı buraxdı. Komandamız özünü ikinci hissədə göstərdi.
Futbol
26 Oktyabr , 2019 18:14
Qəbələnin baş məşqçisi: Komandamız özünü ikinci hissədə göstərdi

"Oyunun ağır keçəcəyini bilirdik. İki futbolçumuz matçı buraxdı. Komandamız özünü ikinci hissədə göstərdi".

"Report" xəbər verir ki, bu fikirləri nu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, ikinci hissədə sistemdə dəyişiklik etmələri nəticəsində oyunda dönüşə nail olublar: "Birinci hissədə səhvlərə yol verdik. İkinci hissədə heyətdə dəyişiklik etmədik. Amma futbolçuların yanaşmasını dəyişdik. Nəticədə fərqli oyun sərgilədilər".

Baxşıyev Rauf Cabbarovun oyunu yaxşı idarə etdiyini də söyləyib: "Ona ciddi iradımız yoxdur. Sadəcə, oyunları davam etdirməli olduğu xırda follu epizodlarda fit çalaraq saxlayırdı".

Son xəbərlər

Orphus sistemi