"Qəbələ"nin baş məşqçisi: "Ümid edirəm ki, onların hamısı komandada qalacaq"

"Qəbələ"nin baş məşqçisi: "Ümid edirəm ki, onların hamısı komandada qalacaq" "Klub olaraq gələcəkdə&daha yaxşı nəticəyə ümid edirik".
Futbol
4 İyul , 2020 11:45
Qəbələnin baş məşqçisi: Ümid edirəm ki, onların hamısı komandada qalacaq
Elmar Baxşıyev

"Klub olaraq gələcəkdə daha yaxşı nəticəyə ümid edirik".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

40 yaşlı mütəxəssis əyalət təmsilçisinin növbəti mövsümdə də ona etimad göstərməsinə münasibət bildirib.

Baxşıyev rəhbərliyin məşqçilər heyətinin işinə və əməyinə dəyər verdiyini söyləyib. "Qəbələ"nin prezidenti növbəti mövsüm üçün mənə etimad göstərirsə, bu sevindiricidir. Fariz Nəcəfov da açıqlamasında büdcənin hələ ki, müəyyənləşmədiyini deyib. Büdcə formalaşandan sonra hansı komanda ilə yolumuza davam edəcəyimizi rəhbərliklə danışacağıq". 

Baş məşqçi rəhbərliklə görüşündən də söz açıb: "Sonuncu dəfə danışanda istəyim mövcud komandanın qalması oldu. Müqavilələri bitən oyunçuların isə yerini doldurmaq niyyətindəyəm. Ümid edirəm ki, bütün yerli futbolçular bizimlə yola davam edəcək. İstəyirəm ki, onların hamısı komandada qalsın". 

Baxşıyev bəzi əcnəbi futbolçuların müqavilələrinin bitdiyini və büdcə müəyyənləşmədiyi üçün onlarla danışığın olmadığını sözlərinə əlavə edib: "İlk olaraq gözləyirik ki, klubun növbəti mövsüm üçün büdcəsi bəlli olsun, ondan sonra futbolçularla danışıqlara başlanılacaq". 

Qeyd edək ki, "Qəbələ" yarımçıq dayandırılan 2019/2020 mövsümünü 20 oyundan sonra 19 xalla 8-ci pillədə başa vurub və Azərbaycan Kubokunun yarımfinalınadək irəliləyib. 

Son xəbərlər

Orphus sistemi