"Qəbələ"nin baş məşqçisi: "Daha yaxşı səviyyəyə qalxacağımıza inanıram"

"Qəbələ"nin baş məşqçisi: "Daha yaxşı səviyyəyə qalxacağımıza inanıram" "Çətin səfər oyunu olacağını bilirdik. Süni ot örtüyündə oynamağa öyrəşməmişik. Amma komanda məni razı saldı. İstədiklərimizi meydanda edə bildik. Futbolçuların oyunundan məmnunam. Düşünürəm ki, daha yaxşı ola bilərik. İnanıram ki, yaxşı səviyyəyə qalxaca
Futbol
24 Oktyabr , 2021 18:04
Qəbələnin baş məşqçisi: Daha yaxşı səviyyəyə qalxacağımıza inanıram
Elmar Baxşıyev

"Çətin səfər oyunu olacağını bilirdik. Süni ot örtüyündə oynamağa öyrəşməmişik. Amma komanda məni razı saldı. İstədiklərimizi meydanda edə bildik. Futbolçuların oyunundan məmnunam. Düşünürəm ki, daha yaxşı ola bilərik. İnanıram ki, yaxşı səviyyəyə qalxacağıq".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Keşlə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis hücumçu Ülvi İsgəndərovun oyunundan razı qaldığını söyləyib: "Onun yanaşmasından razıyıq. Bu gün meydanda ən yaxşısını etməyə çalışdı".

Son xəbərlər

Orphus sistemi