"Qəbələ"nin baş məşqçisi: "Çoxsaylı epizodları dəyərləndirə bilmədik"

"Qəbələ"nin baş məşqçisi: "Çoxsaylı epizodları dəyərləndirə bilmədik" “Oyun öncədən fikirləşdiyimiz kimi keçdi. Bilirdik ki, “Zirə” əks-hücumlarda güclüdür. Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular var. Amma bizim də oyunla bağlı planımız var idi. Bunu – düşünülmüş hücumları meydanda da gördüm".
Futbol
21 Yanvar , 2021 19:29
Qəbələnin baş məşqçisi: Çoxsaylı epizodları dəyərləndirə bilmədik
Elmar Baxşıyev

“Oyun öncədən fikirləşdiyimiz kimi keçdi. Bilirdik ki, “Zirə” əks-hücumlarda güclüdür. Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular var. Amma bizim də oyunla bağlı planımız var idi. Bunu – düşünülmüş hücumları meydanda da gördüm".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis hücumları tamamlamağın çatışmadığını bildirib.

O qeyd etdiyi çatışmazlığı hücumun son fazasında bir qədər diqqətsizlik və ya konsentrasiyanın az olması ilə əlaqələndirib: "Çoxsaylı epizodları dəyərləndirə bilmədik. Bu qədər epizodu yaradıb, dəyərləndirməyəndə müdafiədə boşluq yaranır. “Zirə” də bu boşluqlardan istifadə etdi və qələbə qazandı. İlk gündən nəticə yox, öncə oyun, sonra nəticə istəmişəm. Komanda da nə istədiyimi bilir. Düşünülmüş hücumlar olmalıdır. Bunu da meydanda görürəm. Getdikcə epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram. Futbol adına hər şey etdik. Komandaya iradım yoxdur. Qələbə qazanmaq üçün epizodlardan istifadə etmək lazımdır”.

Baxşıyev yeni transfer edə bilməmələri və Ceyms Adeniyinin taleyindən də danışıb: "Yeni futbolçu həmişə komandaya rəng qatır, heyəti daha da genişləndirir. Müəyyən büdcəmiz var, kənara çıxa bilmirik. Axtarışlar davam edir. Büdcəmizə, fəlsəfəmizə uyğun olsa, heyətdə görə bilərik. Ceyms Adeniyi hələlik bizimlədir, amma gələcəkdə necə olacağını zaman göstərəcək".

Son xəbərlər

Orphus sistemi