"Qəbələ" - "Neftçi" matçının hakimləri açıqlanıb

"Qəbələ" - "Neftçi" matçının hakimləri açıqlanıb Ramil Diniyev bu dəfə təyinatsız qalıb
Futbol
2 Fevral , 2017 17:34
Qəbələ - Neftçi matçının hakimləri açıqlanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun qarşılaşmaları üçün bütün təyinatlar müəyyənləşib. "Report"un məlumatına görə, AFFA Hakimlər Komitəsi FİFA referindən heç kimə baş hakim kimi oyun verməyib. 

Əliyar Ağayevlə Ömər Paşayev hazırda İspaniyanın Malaqa şəhərində UEFA-nın təşkil etdiyi kurslardadır. Rəhim Həsənov isə əlavə köməkçi-hakim funksiyasını yerinə yetirəcək. 

Ötən tur "Qarabağ" - "Neftçi" matçında qonaqların lehinə penalti təyin etməyən Ramil Diniyev isə bu dəfə kənarda qalıb. 


3 fevral (cümə)

15:00. AZAL – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Asim Xudiyev
“AZAL Arena”

17:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

4 fevral (şənbə)

14:00. “Zirə" – “Kəpəz”

Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu

16:30. “Sumqayıt” – “İnter”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”

Qeyd edək ki, turun bütün görüşləri CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi