​"Qəbələ" klubu milli komandada çıxış edən futbolçularını cəzalandırıb

​"Qəbələ" klubu milli komandada çıxış edən futbolçularını cəzalandırıb Aqşin Hüseynov və Murad Qayalı hakimlərə fiziki təsir göstərib
Futbol
18 May , 2015 12:41
​Qəbələ klubu milli komandada çıxış edən futbolçularını cəzalandırıb

Bakı. 18 may. REPORT.AZ/ "Qəbələ" klubu 16 yaşadək futbolçulardan ibarət komandasının iki üzvü - Aqşin Hüseynov və Murad Qayalını transferə çıxarıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb futbolçuların U-16 liqasında "Neftçi" ilə qarşılaşmadan sonra hakimlər briqadasının 2 üzvünə fiziki təsir göstərməsidir.

Hadisənin ardından məsələ ilə bağlı klub və akademiya rəhbərliyinin iştirakı ilə toplantı keçirilib və transfer qərarı qəbul olunub. "Qəbələ" klubunun yaydığı açıqlamada bu cür hadisələr pislənilib və sözügedən oyunu idarə etmiş hakimlər briqadasının üzvləri – Bəxtiyar Gözəlov, Rövşən Məmmədov, Elşad Abdullayev və Cahangir Yusifzadədən, həmçinin bütün futbol ictimaiyyətindən üzr istənilib.

Qeyd edək ki, hər iki futbolçu Azərbaycanın müvafiq yaş qrupu üzrə milli komandasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi