"Qəbələ" Türkiyədəki ilk yoxlama oyununda məğlub olub

"Qəbələ" Türkiyədəki ilk yoxlama oyununda məğlub olub Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Qəbələ komandası ilk yoxlama oyununa çıxıb.
Futbol
16 Yanvar , 2019 18:20
Qəbələ Türkiyədəki ilk yoxlama oyununda məğlub olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" komandası ilk yoxlama oyununa çıxıb.

"Report" xəbər verir ki, Sənan Qurbanovun baş məşqçilik etdiyi kollektiv Almaniyanın "Meppen" kollektivi ilə üz-üzə gəlib. 

“Papillon Oteli”nin futbol meydanında baş tutan qarşılaşma 3 hissədən ibarət olub və 135 dəqiqə davam edib. Görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçdakı bütün qollar üçüncü hissəyə təsadüf edib.

Qeyd edək ki, bu gün digər iki yoxlama oyununda "Səbail" Macarıstan "Aqvital"ını 3:2 hesabı ilə üstələyib, "Sumqayıt" isə Qazaxıstanın "Jetısu" kollektivi ilə heç-heçə edib - 1:1. Hazırda "Sabah" - "Tobol" (Qazaxıstan) və "Qarabağ" - "Uypeşt" (Macarıstan) qarşılaşmaları keçirilir.

Son xəbərlər

Orphus sistemi