"Qəbələ" klubuna kommersiya direktoru təyin olunub

"Qəbələ" klubuna kommersiya direktoru təyin olunub Bu vəzifədə sabiq futbol hakimi çalışacaq
Futbol
22 Sentyabr , 2015 14:59
Qəbələ klubuna kommersiya direktoru təyin olunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Qəbələ" İdman Klubunda yeni təyinat gerçəkləşib. "Report"un məlumatına görə, Mustafa Aztopal klubun kommersiya direktoru kimi fəaliyyətə başlayıb.

1978-ci il fevralın 3-də Almaniyada doğulmuş Aztopal ali təhsilini Türkiyədə alıb. O, təhsilini 2011-2012-ci illərdə İngiltərənin məşhur Liverpul Universitetində futbol industriyası ixtisası üzrə davam etdirib. Aztopal 1998-ci ildə 20 yaşında ikən futbol hakimi kimi fəaliyyətə başlayıb və 9 il ərzində Türkiyə Super Liqasından başqa bütün liqalarda oyun idarə edib. Sonradan o, müxtəlif şirkətlərdə kommersiya direktoru və baş direktor kimi çalışıb. İngilis və alman dillərini bilən Aztopal son 3 ildə futbolla bağlı müxtəlif seminarlara qatılıb. 

Son xəbərlər

Orphus sistemi