​"Qəbələ" klubu ukraynalı məşqçi ilə yollarını ayırıb

​"Qəbələ" klubu ukraynalı məşqçi ilə yollarını ayırıb Onu Vüqar Məmmədov əvəzləyib
Futbol
13 Yanvar , 2016 14:25
​Qəbələ klubu ukraynalı məşqçi ilə yollarını ayırıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "Qəbələ"nin əsas komandasının qapıçılar üzrə məşqçisi Andrey Qluşenko komandadan ayrılıb. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ailə vəziyyətinə görə vətəninə geri dönüb.

Qluşenkonu "Qəbələ"nin əvəzedicilər üzrə komandasının qapıçı məşqçisi Vüqar Məmmədov əvəz edib. V.Məmmədov daha öncə də əsas komandada fəaliyyət göstərib. O, Toni Adams, Ramiz Məmmədov və Fatih Kavlakın məşqçilər korpusunda yer almışdı.

Son xəbərlər

Orphus sistemi