"Qəbələ" klubu hollandiyalı müdafiəçi transfer edib

"Qəbələ" klubu hollandiyalı müdafiəçi transfer edib Dion Malone ilə 2 illik müqavilə bağlanılıb
Futbol
24 İyun , 2017 13:53
Qəbələ klubu hollandiyalı müdafiəçi transfer edib

Bakı. 24 iyun. REPORT.AZ/ “Qəbələ” klubu daha bir futbol transferini gerçəkləşdirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Surinam əsilli hollandiyalı oyunçu Dion Malone ilə 2 illik müqavilə bağlanılıb.

28 yaşlı sağ cinah müdafiəçisinin karyerası Hollandiya klubları ilə bağlı olub. “Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış edən Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. 2010-cu ilədək “Omnivorld” adlanan klub sonradan adını dəyişərək “Almere Siti”yə çevrilib. Dion 2012-ci ildə digər Hollandiya klubu “Den Haaq”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.

Qeyd edək ki, "Qəbələ" daha əvvəl İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales və Stiven Jozef-Monrozla anlaşıb. 

Son xəbərlər

Orphus sistemi