"Qəbələ" klubu 5 futbolçusu ilə müqavilə müddətini uzadıb

"Qəbələ" klubu 5 futbolçusu ilə müqavilə müddətini uzadıb Onların hər biri gələn mövsüm də komandada qalacaq
Futbol
11 İyun , 2018 15:39
Qəbələ klubu 5 futbolçusu ilə müqavilə müddətini uzadıb

Bakı. 11 iyun. REPORT.AZ/ "Qəbələ" klubu daha 5 futbolçusu ilə müqavilə müddətini uzadıb. 

Klubdan "Report"a verilən məlumata görə, əyalət təmsilçisi Cavid Hüseynov, Asif Məmmədov, Ürfan Abbasov, Rasim Ramaldanov və Aqil Məmmədovla yeni müqavilə imzalayıb. Futbolçuların hər biri 2018/2019 mövsümündə də "qırmızı qaralar"ın şərəfini qoruyacaq. 

Hazırda Baqali Dabonun da yeni sözləşməyə imza atması üçün danışıqlar aparılır. Fransalı hücumçu təklif üzərində düşünmək üçün vaxt istəyib. 

Qeyd edək ki, "Qəbələ" daha öncə Dmitri Bezotosnı ilə də müqaviləni uzadıb. 

Son xəbərlər

Orphus sistemi