"Qəbələ" klubu 4 000 manat məbləğində cərimələnib

"Qəbələ" klubu 4 000 manat məbləğində cərimələnib İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Futbol
379
23 Sentyabr , 2021 15:41
Qəbələ klubu 4 000 manat məbləğində cərimələnib

AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 3 200 manat məbləğində cərimələyib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna əyalət təmsilçisinin IV turda "Səbail"lə ev oyununun gec başlaması səbəb olub.

Əlayət təmsilçisinin 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandığı üçün "qırmızı-qaralar" əlavə 800 manat da ziyana düşüb.

Komitə "Səbail"in futbolçusu Ədilxan Qarəhmədova 1 oyunluq cəza, paytaxt klubuna isə 200 manat cərimə kəsib. Yarımmüdafiəçi "Qəbələ"yə 0:5 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Son xəbərlər

Orphus sistemi