"Qəbələ" - "Kəpəz" matçı təxirə salınıb - YENİLƏNİB

"Qəbələ" - "Kəpəz" matçı təxirə salınıb - YENİLƏNİB Buna dumanlı hava şəraiti səbəb olub
Futbol
137
31 Oktyabr , 2015 19:20
Qəbələ - Kəpəz matçı təxirə salınıb - YENİLƏNİB

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XI turun "Qəbələ" - "Kəpəz" matçı təxirə salınıb. "Report"un məlumatına görə, baş hakim Əliyar Ağayev tərəfindən dayandırılan görüşün qalan hissəsi noyabrın 1-də - Milli Məclisə seçki günü, səsvermə prosesi başa çatandan sonra, saat 20.00-da oynanılacaq.

*** 18.39

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XI turun "Qəbələ" - "Kəpəz" matçı yarımçıq qalıb. "Report"un məlumatına görə, görüş 29-cu dəqiqədə baş hakim Əliyar Ağayev tərəfindən dayandırılıb.

Buna dumanlı hava şəraiti səbəb olub. Ağayev komandaları meydandan çıxarıb. Diktor qatı duman səbəbindən oyunda fasilənin yarandığını elan edib. Yekun qərar yaxın 10 dəqiqə ərzində veriləcək.

Son xəbərlər

Orphus sistemi