"Qəbələ" "Kəpəz"ə uduzaraq çempionluq şanslarını itirib

"Qəbələ" "Kəpəz"ə uduzaraq çempionluq şanslarını itirib Görüş gəncəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb
Futbol
1456
16 Aprel , 2017 18:18
Qəbələ Kəpəzə uduzaraq çempionluq şanslarını itirib

Bakı. 16 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Gəncə şəhər stadionunda "Kəpəz" "Qəbələ"ni qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Julyen Ebah və Dario Federiko vurub. Ebah 70-ci, Federiko 90+4-cü dəqiqədə fərqlənib. Bununla da "Qəbələ" çempionluq şanslarını faktiki itirib.

Saat 18:30-da başlanacaq görüşdə "Qarabağ" səfərdə "İnter"ə qalib gəlsə, ardıcıl 4-cü dəfə çempionluğunu təmin edəcək. Hazırda "Qarabağ"ın 53, "Qəbələ"nin 49, "İnter"in 43 xalı var. "Kəpəz" isə xallarını 30-a çatdıraraq, 6-cı pilləyə yüksəlib və Avropa Liqasına vəsiqə verən 4-cü yerə iddialarını davam etdirib.

Son xəbərlər

Orphus sistemi