"Qəbələ" ilk transferini açıqladı

"Qəbələ" ilk transferini açıqladı Müdafiəçinin aktivində 3 qol var
Futbol
9 İyun , 2021 16:39
Qəbələ ilk transferini açıqladı

2021-2022 mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2019-21-ci illərdə “Səbail”in şərəfini qoruyan Abbasov iki illik fasilədən sonra "Qəbələ"yə qayıdıb. 2011-19-cu illərdə bölgə klubunda forma geyinən müdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçudur.

O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var.

Son xəbərlər

Orphus sistemi