“Qəbələ” - “İnter” görüşünün tarixi dəyişdirilib

“Qəbələ” - “İnter” görüşünün tarixi dəyişdirilib Dəyişikliyə səbəb sözügedən kollektivlərin mükafatçılar sırasında olmasıdır
Futbol
21 Aprel , 2017 16:06
“Qəbələ” - “İnter” görüşünün tarixi dəyişdirilib

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İnter” görüşünün tarixi dəyişdirilib.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatçı qurum matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, aprelin 23-də deyil, ertəsi keçirilməsinə qərar verib. Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Dəyişikliyə səbəb sözügedən kollektivlərin mükafatçılar sırasında olmasıdır. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara gümüş və bürünc medallar təqdim oluna bilər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi olan “Qarabağ” klubuna da çempionluq kuboku və qızıl medallar XXVII turda veriləcək. Ağdam təmsilçisi mükafatlarına doğma meydanı olan “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la görüşdən sonra qovuşacaq.

Son xəbərlər

Orphus sistemi