Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Qəbələ" doğma meydanda debütant "Sabah"la üz-üzə gəlib.
Rauf Cabbarovun idarə etdiyi qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Qonaq komandanın heyətində Kərim Diniyev 90+1-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra 30-cu xalını qazanan əyalət təmsilçisi üçüncü yerdəki "Səbail"dən 4 xal geri qalır. "Sabah" isə 23 xalla beşincidir.
Qeyd edək ki, XXII turun açılış matçında "Səbail" səfərdə "Zirə"ni məğlub edib - 2:1, "Neftçi" isə "Keşlə"ni üstələyib - 1:0. Tura bu gün keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Qarşılaşma saat 18:30-da başlayacaq.