"Qəbələ" gürcüstanlı futbolçu ilə müqavilə imzalayıb

"Qəbələ" gürcüstanlı futbolçu ilə müqavilə imzalayıb 2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Futbol
27 İyun , 2019 15:22
Qəbələ gürcüstanlı futbolçu ilə müqavilə imzalayıb

2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

"Report" klubun saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar” gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qiqauri Kutaisi “Torpedo”sunun yetirməsidir. O, 2010-14 və 2017-19-cu illərdə bu klubda çıxış edib. Oyunçu Gürcüstanda “Metallurq” (2014), “Sxinvali” (2014-15), “Kolxeti” (2015-16) və “Rustavi” (2016-17), Polşada “Yagelloniya”da (2011-12) çıxış edib.

Yarımmüdafiəçi cari mövsümdə ölkə çempionatının 19 oyununda meydana çıxıb. Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə 1 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” Qiqauriyə qədər Kamal Mirzəyev, Sadiq QuliyevFernan Ferreyra Lopeslə müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi