“Qəbələ” futbol komandasının qış hazırlıq planı bəlli olub

“Qəbələ” futbol komandasının qış hazırlıq planı bəlli olub Bakı. 29 noyabr. REPORT.AZ/ “Qəbələ” futbol komandasının qış hazırlıq planı bəlli olub.
Futbol
29 Noyabr , 2018 14:07
“Qəbələ” futbol komandasının qış hazırlıq planı bəlli olub

Bakı. 29 noyabr. REPORT.AZ/ “Qəbələ” futbol komandasının qış hazırlıq planı bəlli olub.

Bu barədə “Report”a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, gələn il yanvarın 6-da bir araya gələcək komanda ayın 12-dək Qəbələdə və ya Bakıda məşq edəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi Türkiyənin Antalya bölgəsində reallaşacaq. Ötən il olduğu kimi, Lara qəsəbəsindəki “Trendy Lara” otelində məskunlaşacaq komanda yanvarın 13-dən 27-dək qonşu ölkədə lövbər salacaq.

Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv yanvarın 16-sı, 20-si, 24-ü və 26-sı olmaqla, 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər yaxın günlərdə dəqiqləşəcək.

Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.

Qeyd edək ki, bunadək “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah”ın Antalyaya yollanacağı dəqiqləşib. “Keşlə” də eyni marşrut üzrə hərəkət etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi