"Qəbələ" Futbol Akademiyasının yeni baş məşqçisi müəyyənləşdi

"Qəbələ" Futbol Akademiyasının yeni baş məşqçisi müəyyənləşdi Akademiyanın komandaları yeni mövsümün hazırlıqlarına başladı | “Qəbələ” Futbol Akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını start verib. Akademiyamız 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-1
Futbol
23 Sentyabr , 2020 16:56
Qəbələ Futbol Akademiyasının yeni baş məşqçisi müəyyənləşdi

“Qəbələ” Futbol Akademiyasında yeni təyinatlar olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Halim Fıçıcının gedişindən sonra akademiyanın baş məşqçisi vəzifəsi Famil Xəlilova tapşırılıb. O həm də U-19 komandasına rəhbərlik edir.

Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasına başçılıq edir.

Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.

Bu arada, akademiyanın komandaları yeni mövsümün hazırlıqlarına start verib. "Qəbələ" Futbol Akademiyasını 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq. U-8 komandası da yay fasiləsinə son verərək hazırlıqlara başlayıb.

Komandaların hazırlıqlarına 20 nəfərlik heyət rəhbərlik edir.

 Famil Xəlilov
 Famil Xəlilov

Son xəbərlər

Orphus sistemi