"Qəbələ" - "Dinamo" matçında "Borçalı Azərbaycanındır!" pankartı açılıb - FOTO

"Qəbələ" - "Dinamo" matçında "Borçalı Azərbaycanındır!" pankartı açılıb - FOTO Pankart polis əməkdaşları tərəfindən yığışdırılıb
Futbol
166
9 İyul , 2015 22:16
Qəbələ - Dinamo matçında Borçalı Azərbaycanındır! pankartı açılıb - FOTO

Bakı. 9 İyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir.

"Report" xəbər verir ki, ilk oyunda Tbilisidə 1:2 hesabı ilə məğlub olan "Qəbələ" doğma meydanda "Dinamo" klubunu qəbul edir.

Matçda ilk hissənin sonlarına yaxın stadionda insident yaşanıb. Belə ki, "Qəbələ" azarkeşləri ilk matçda bir qrup "Dinamo" azarkeşinin Azərbaycan bayrağına və ərazi bütövlüyünə qarşı hörmətsizlik etməsinə cavab olaraq ingilis dilində "Borçalı Azərbaycanındır!", "Marneuli yox Sarvan" və "Qardabani yox Qaratəpə" yazılmış pankartlar açıblar. Azərkeşlərin bu addımı stadionda olan digər izləyicilər tərəfindən alqışla qarşılanıb.

Qısa müddətdən sonra həmin pankartlar polis əməkdaşları tərəfindən yığışdırılıb.