"Qəbələ"dən ayrılan futbolçu "Zirə" klubuna keçib

"Qəbələ"dən ayrılan futbolçu "Zirə" klubuna keçib 34 yaşlı yarımmüdafiəçi bir illik müqaviləyə imza atıb
Futbol
29 May , 2017 14:15
Qəbələdən ayrılan futbolçu Zirə klubuna keçib

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanı 2017-2018 mövsümündə Avropa Liqasında təmsil edəcək "Zirə” klubu növbəti futbolçu transferini həyata keçirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"dən ayrılan yarımmüdafiəçi Rəşad Sadiqov "qartallar”ın sıralarına qoşulub. 34 yaşlı oyunçu bir illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Rəşad Sadiqov karyerası ərzində "Şəfa”, "Qarabağ”, "Neftçi”, MOİK, "Xəzər Lənkəran” və "Qəbələ” klublarının formasını geyinib. O, Azərbaycan milli komandasında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi