"Zirə" klubu "Qəbələ"dən ayrılan daha bir futbolçu ilə müqavilə bağlayıb - YENİLƏNİB

"Zirə" klubu "Qəbələ"dən ayrılan daha bir futbolçu ilə müqavilə bağlayıb - YENİLƏNİB “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
Futbol
3 İyun , 2019 13:21
Zirə klubu Qəbələdən ayrılan daha bir futbolçu ilə müqavilə bağlayıb - YENİLƏNİB

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Elvin Camalovla anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Oyunçu həmçinin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, "Zirə" daha öncə "Qəbələ"dən ayrılan Cavid Hüseynovu da heyətinə qatıb.


*** 13:11

"Qəbələ" klubu futbolçusu Elvin Camalovla yollarını ayırıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. 

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Camalov əsas komandada 2013/14 mövsümündə debüt edib. “Qırmızı-qaralar”ın heyətində 141 oyun keçirən oyunçu Premyer Liqada 111, Azərbaycan kubokunda 18, UEFA Avropa Liqasında 12 dəfə meydana çıxıb. 

Azərbaycan millisinin futbolçusu “Qəbələ”nin heyətində ölkə çempionatlarında iki gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Yarımmüdafiəçi 2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan Kubokunun üç dəfə - 2013/14, 2016/17 və 2017/18 finalçısı olub. 

Klub daha öncə kapitanı Cavid Hüseynovla da vidalaşıb. 

Son xəbərlər

Orphus sistemi