"Qəbələ" braziliyalı müdafiəçi ilə müqavilə bağlayıb

"Qəbələ" braziliyalı müdafiəçi ilə müqavilə bağlayıb Yeni mövsümə hazırlaşan “Qəbələ” transfer çalışmalarını davam etdirir. “Qırmızı-qaralar” heyətinə daha bir futbolçu qatıb. Braziliyalı müdafiəçi Ruan Renato ilə 1+1 illik müqavilə imzalanıb.
Futbol
5 Avqust , 2021 14:57
Qəbələ braziliyalı müdafiəçi ilə müqavilə bağlayıb
Ruan Renato

Yeni mövsümə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” braziliyalı müdafiəçi Ruan Renato ilə 1+1 illik müqavilə imzalayıb.

27 yaşlı arxa xətt oyunçusunun son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub. Renato daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-2018), “Yuventud” (2016-2017, icarə əsasında), “Vitoriya” (2018-2020), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-2018, icarə əsasında) klublarında da çıxış edib.

Qeyd edək ki, “Qəbələ” Renatoya qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev, Kristof Atanqana-Assimba və İsnik Alimini heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi