"Qəbələ" "Zirə" ilə heç-heçə etdi

"Qəbələ" "Zirə" ilə heç-heçə etdi Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Futbol
14 Mart , 2021 16:54
Qəbələ Zirə ilə heç-heçə etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 23-cü dəqiqədə meydan sahiblərindən Vinko Medimoreç vurub.

Bu qoldan 6 dəqiqə sonra "Qəbələ"dən Merab Giqauri birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqlar say üstünlüyündən 90+4-cü yeni transfer Fakundo Melivilonun qolu ilə yararlanmağı bacarıblar.

Bu nəticədən sonra xalını 30-a çatdıran "Zirə" 3-cü, 23-cü xalını qazanan "Qəbələ" 5-ci pillədə qalıb.

Turun ilk oyun günündə "Qarabağ" "Sabah"ı 2:0 hesabı ilə yenib, ""Sumqayıt" - "Keşlə" matçında isə məhsuldar heç-heçə qeydə alınıb - 2:2. Tura saat 17:15-də başlanacaq "Neftçi" - "Səbail" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi