"Qəbələ" Azərbaycan Premyer Liqasında 7 turdan sonra məğlub olub - VİDEO

"Qəbələ" Azərbaycan Premyer Liqasında 7 turdan sonra məğlub olub - VİDEO Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib
Futbol
24 Fevral , 2018 17:59
Qəbələ Azərbaycan Premyer Liqasında 7 turdan sonra məğlub olub - VİDEO

Bakı. 24 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Səbail" və "Qəbələ" klubları üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 25-ci dəqiqədə "Səbail" "Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun öz qapısına vurduğu qolla açıb. 56-cı dəqiqədə Fəhmin Muradbəyli fərqi artırıb. Qonaq komanda təsəlli qolunu 68-ci dəqiqədə vurub. Çempionatın bombardiri Baqali Dabo fərqlənərək, aktivindəki topların sayını 11-ə çatdırıb.

Beləliklə, "Qəbələ" Premyer Liqada 7 turdan sonra məğlubiyyətlə üzləşərək, çempionluq yolunda zərbə alıb. "Qırmızı-qaralar" sonuncu dəfə X turda səfərdə "Zirə"yə elə eyni hesabla uduzmuşdular. Hazırda bu komanda 35 xalla 2-ci pillədədir. 5 turdan sonra növbəti qələbəsini qazanan "Səbail" isə xallarını 17-yə çatdırsa da, 6-cı pillədə qalıb.

Qeyd edək ki, günün digər oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək. Tura isə sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi