"Qəbələ" Azərbaycan Kubokunda yarımfinala yüksəlib

"Qəbələ" Azərbaycan Kubokunda yarımfinala yüksəlib Bakı. 15 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanan komandaların sayı üçə çatıb.
Futbol
15 Dekabr , 2017 17:55
Qəbələ Azərbaycan Kubokunda yarımfinala yüksəlib
Report

Bakı. 15 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanan komandaların sayı üçə çatıb.

"Report" xəbər verir ki, "Qəbələ" "Keşlə" və "Neftçi"nin ardından bu hüquqa yiyələnib.

Qəbələdə baş tutan 1/4 final mərhələsinin ilk matçında "Səbail"i bir cavabsız qolla məğlub edən "qırmızı-qaralar" cavab görüşündə də qələbə qazanıblar - 4:2.

Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv yarımfinalda "Neftçi" ilə qarşılaşacaq.

Qeyd edək ki, son yarımfinalçı bu gün saat 19:00-da start götürəcək "Sumqayıt" - "Qarabağ" duelində müəyyənləşəcək. İlk görüşdə ağdamlılar 2:1 hesabı ilə qələbə qazanıblar. Bu cütün qalibi yarımfinalda "Keşlə"yə rəqib olacaq.

Yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.

Azərbaycan Kuboku 1/4 final, cavab oyunu 15 dekabr (cümə)

"Səbail” - "Qəbələ” 2:4 

Qollar: Adrian Popoviçi, 16. Elman Taqayev, 78 - Filip Ozobiç, 22. Ruslan Qurbanov, 44. Famussa Kone, 56. Baqali Dabo, 75 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev 

AFFA nümayəndəsi: Elçin Məmmədov 

Hakim-inspektor: Məhəmməd Məmmədov 

Bakı. "Bayıl Arena”

Son xəbərlər

Orphus sistemi