Bakı. 16 iyul. REPORT.AZ/ "Qəbələ" komandası "Proqres"lə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün Lüksemburqa bu gecə yollanacaq.
"Report"un məlumatına görə, "qırmızı-qaralar” Differdanj şəhərinə iyulun 17-də səhər çataraq, “Hilton” otelində məskunlaşacaqlar. “Qəbələ”nin səfərdəki ilk məşqi sabah olacaq. Komanda günün ikinci yarısında hazırlıq keçəcək.
Oyunöncəsi son məşq və baş məşqçi Sənan Qurbanovun mətbuat konfransı isə qarşılaşmadan bir gün əvvəl - iyulun 18-də nəzərdə tutulub. Bakı vaxtı ilə saat 21:00-da 38 yaşlı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi planlaşdırılıb.
Qeyd edək ki, “Proqres” və “Qəbələ” arasındakı cavab oyunu iyulun 19-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.