"Qəbələ" "Atletik"in sabiq qapıçısını transfer etdi

"Qəbələ" "Atletik"in sabiq qapıçısını transfer etdi 2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Futbol
19 İyul , 2021 16:57
Qəbələ Atletikin sabiq qapıçısını transfer etdi

2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalayıb. Bu, "qırmızı-qaralar"ın yay fasiləsində ilk legioner transferidir.

İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi