"Qəbələ" Antalyada yoxlama oyununda Macarıstan MTK-sına uduzub

"Qəbələ" Antalyada yoxlama oyununda Macarıstan MTK-sına uduzub Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Qəbələ komandası bu gün ilk yoxlama oyununu keçirib.
Futbol
14 Yanvar , 2020 19:18
Qəbələ Antalyada yoxlama oyununda Macarıstan MTK-sına uduzub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" komandası bu gün ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib Macarıstan MTK-sı olub.

"Karvansaray" otelinin meydanında təşkil olunmuş qarşılaşma MTK-nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib hər 3 qolu ikinci hissədə vurub.

Qeyd edək ki, daha öncə Azərbaycan klublarından "Sabah" Macarıstanın "Pakş" klubuna 0:2, "Zirə" Türkiyə "Ümraniyespor"una 0:3, "Sumqayıt" isə Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi