"Qəbələ" albaniyalı futbolçu transfer etdi

"Qəbələ" albaniyalı futbolçu transfer etdi Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Futbol
425
10 Avqust , 2020 20:14
Qəbələ albaniyalı futbolçu transfer etdi

Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” heyətini albaniyalı müdafiəçi Yurgen Qoxa ilə gücləndirib.

28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub.

Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.

Orphus sistemi