Qazaxıstan yığmasının hücumçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Qazaxıstan yığmasının hücumçusu Azərbaycan millisi ilə oyunu buraxacaq Qazaxıstan seçməsi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarından əvvəl daha bir itki ilə üzləşib.
Futbol
17 May , 2022 14:32
Qazaxıstan yığmasının hücumçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Qazaxıstan seçməsi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarından əvvəl daha bir itki ilə üzləşib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, "Akjayık" klubunda çıxış edən hücumçu Oralxan Omirtayev zədələnib.

24 yaşlı hücumçu "Taraz"a 0:2 hesabı ilə uduzduqları Qazaxıstan çempionatının XI tur matçında sıradan çıxıb. Forvardın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmasa da, onun zədəsinin ciddi olduğu və yığmanın iyundakı görüşlərini buraxacağı bildirilib.

Qeyd edək ki, daha əvvəl komandanın 10-dan çox üzvünün UEFA Millətlər Liqasındakı ilk iki tur matçlarını buraxacağı bəlli olub. Qazaxıstan millisi iyunun 3-də Azərbaycanı qəbul edəcək, bundan 3 gün sonra isə Slovakiyanın qonağı olacaq. Azərbaycan yığması iyunun 6-da Serbiyada Belarusla, 3 gün sonra Bakıda Slovakiya ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi