Bakı. 28 fevral. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev ölkə Futbol Federasiyasının vitse-prezidenti olub.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, A.Nazarbayev bu vəzifəyə qurumun İcraiyyə Komitəsinin kadr məsələsi üzrə iclasında təyin edilib. O, vitse-prezident olaraq, FİFA, UEFA və milli assosiasiyaya üzv qurumlarla əlaqələndirmə işlərinə rəhbərlik edəcək.
Qeyd edək ki, əvvəllər Aysultan Nazarbayev federasiyanın işini və onun keçmiş rəhbəri Yerlan Kojaqapanovu dəfələrlə tənqid edib.