Qazaxıstan millisinin daha bir futbolçusu Azərbaycana qarşı oynamayacaq

Qazaxıstan millisinin daha bir futbolçusu Azərbaycana qarşı oynamayacaq UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycan milli komandasını qəbul edəcək Qazaxıstan yığması növbəti itki ilə üzləşib.
Futbol
24 May , 2022 20:19
Qazaxıstan millisinin daha bir futbolçusu Azərbaycana qarşı oynamayacaq

UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycan milli komandasını qəbul edəcək Qazaxıstan yığması növbəti itki ilə üzləşib.

"Report" "meta-ratings.kz" saytına istinadən xəbər verir ki, Rusiyanın "Axmat" klubunda çıxış edən Marat Bıstrov zədə səbəbindən millinin heyətindən çıxarılıb.

30 yaşlı müdafiəçinin əvəzinə düşərgəyə Qazaxıstan "Aktobe"sinin arxa xətt oyunçusu Alibek Kasım dəvət olunub.

Qeyd edək ki, iyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi