Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib

Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib Bakı. 17 yanvar. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
108
17 Yanvar , 2019 17:25
Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib

Bakı. 17 yanvar. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" "sports.kz"yə istinadən xəbər verir ki, yığma çexiyalı Mixel Bilekə həvalə olunub. Bilek bu postda Stanimir Stoylovəvəzləyib. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. 

Qeyd edək ki, Mixel Bilek son olaraq ölkəsinin "Zlin" klubunda işləyib. O həmçinin 2009 - 2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Komanda Bilekin rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına kimi yüksəlib və bu mərhələdə Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub. 

Son xəbərlər

Orphus sistemi