Qazaxıstan millisinin baş məşqçisi dəyişib

Qazaxıstan millisinin baş məşqçisi dəyişib Futbol üzrə Qazaxıstan milli komandasında baş məşqçi dəyişikliyi baş verib.
Futbol
167
9 Mart , 2022 11:07
Qazaxıstan millisinin baş məşqçisi dəyişib
Andrey Karpoviç

Futbol üzrə Qazaxıstan milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

"Report"un Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Talqat Baysufinovu Andrey Karpoviç əvəzləyib. Baysufinovla müqaviləyə vaxtından əvvəl xitam verilib.

Karpoviç isə qarşıdakı iki matçda bu vəzifəni yerinə yetirəcək. 41 yaşlı mütəxəssis yığmanı Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq. Qarşılaşmalar martın 24-də və martın 29-da olacaq.

Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyaya C Liqasının II qrupunda rəqib olacaq.

Son xəbərlər

Orphus sistemi