Qazaxıstan millisi Azərbaycanla oyunun hazırlıqlarına itki ilə başlayıb

Qazaxıstan millisi Azərbaycanla oyunun hazırlıqlarına itki ilə başlayıb Futbol üzrə Qazaxıstan millisi UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycana qarşı keçirəcəyi ev oyununun hazırlıqlarına başlayıb.
Futbol
25 May , 2022 21:37
Qazaxıstan millisi Azərbaycanla oyunun hazırlıqlarına itki ilə başlayıb

Futbol üzrə Qazaxıstan millisi UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycana qarşı keçirəcəyi ev oyununun hazırlıqlarına başlayıb.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Astana Arena"da baş tutan ilk məşqdə yığmanın qapıçısı Stas Pokatilov iştirak etməyib. "Aktobe"nin formasını geyinən 30 yaşlı qolkiper ailə məsələsinə görə heyətdən çıxarılıb.

Rusiya "Zenit"ində çıxış edən Nuralı Alip isə komandaya mayın 29-da qoşulacaq.

Qeyd edək ki, iyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi