Qazaxıstan klubunun futbolçusu Azərbaycan millisinə dəvət alıb

Qazaxıstan klubunun futbolçusu Azərbaycan millisinə dəvət alıb Qazaxıstanın “Tobol” klubunun qapıçısı Emil Balayev Azərbaycan millisinə dəvət alıb.
Futbol
13 Mart , 2019 09:45
Qazaxıstan klubunun futbolçusu Azərbaycan millisinə dəvət alıb

Qazaxıstanın “Tobol” klubunun qapıçısı Emil Balayev Azərbaycan millisinə dəvət alıb.

“Report” Kostanay təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Nikola Yurçeviç 24 yaşlı futbolçunu qarşıdakı iki oyun üçün yığmaya çağırıb. Bunadək ölkə xaricində çıxış edən hücumçular - Dmitri Nazarov (“Aue”, Almaniya), Rüfət Dadaşov “Proyssen” (Almaniya) və Ramil Şeydayevin (“Krılya Sovetov”, Rusiya) N.Yurçeviçin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi.

Yekun heyətin bu həftə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. N.Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Son xəbərlər

Orphus sistemi