Qazaxıstan klubu tanınmış futbolçu ilə müqavilə bağladı

Qazaxıstan klubu tanınmış futbolçu ilə müqavilə bağladı Braziliyalı futbolçu Vaqner Lav Qazaxıstan Kayratı ilə müqavilə bağlayıb.
Futbol
24 İyun , 2020 01:22
Qazaxıstan klubu tanınmış futbolçu ilə müqavilə bağladı

Braziliyalı futbolçu Vaqner Lav Qazaxıstan "Kayrat"ı ilə müqavilə bağlayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşlı hücumçu dekabradək Almatı təmsilçisinin formasını geyinəcək. 

"Sambaçı" yeni komandaya keçidindən məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, Vaqner Lav indiyədək Braziliyanın "Palmeyras", "Flamenqo" və "Korintians", Rusiyanın MOİK, Çinin "Şandonq Lunenq", Fransanın "Monako", Türkiyənin "Alanyaspor" və "Beşiktaş" komandalarının formasını geyinib. O, 2004 - 2010-cu illərdə çıxış etdiyi Braziliya millisində 25 oyuna 9 qol vurub. Lav MOİK-də ilk qolunu 2004-cü il avqustun 4-də Moskvada keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Neftçi"nin qapısından keçirib. Həmin oyun Rusiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. 

Son xəbərlər

Orphus sistemi