Qazaxıstan klubu "Qarabağ"la oyunlar üçün erməni futbolçu sifariş edib

Qazaxıstan klubu "Qarabağ"la oyunlar üçün erməni futbolçu sifariş edib Qazaxıstanın "Kayrat" klubu UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
Futbol
30 Avqust , 2021 09:38
Qazaxıstan klubu Qarabağla oyunlar üçün erməni futbolçu sifariş edib

Qazaxıstanın "Kayrat" klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

"Report"un məlumatına görə, 37 nəfərlik siyahıda Ermənistan millisinin 29 yaşlı müdafiəçisi Kamo Ovanesyan da yer alıb. Bundan əlavə, Almatı təmsilçisinin tanınmış braziliyalı futbolçusu Vaqner Lav da iştirak ərizəsinə daxil edilib.

Qapıçılar: 1. Stas Pokatilov, 30. Danil Ustimenko, 32. Vladimir Biryakov, 69. Nikita Pivkin, 72. Temirlan Anarbekov

Müdafiəçilər: 3. Sergey Keyler, 4. Nuralı Alip, 5. Qafurjan Suyumbayev, 13. Kamo Ovanesyan, 15. Baqnak Mueni (Kamerun), 20. Rade Duqaliç (Serbiya), 24. Dino Mikanoviç (Xorvariya) 29. Daniyar Usenov, 33. Denis Polyakov (Belarus), 57. Ravil İbrahimov, 61. Abdulla Şen, 75. Aleksandr Şirobokov

Yarımmüdafiəçilər: 7. Quljigit Alıkulov (Qırğızıstan), 8. Aybol Abiken, 11. Yan Voroqovski, 16. Rikardu Alves (Portuqaliya), 22. Neboyşa Kosoviç (Monteneqro), 23. Andrey Ulşin, 34. Roman Baluta, 36. Sagi Anet, 42. Arsen Burantsiyev, 47. Alişer Rahimjanov, 63. İbrahim Dadayev, 68. Adilet Sadıbekov

Hücumçular: 9. Vaqner Lav (Braziliya), 18. Xose Kante (İspaniya), 19. Artur Şuşenaçev, 25. Joao Paulu (Braziliya), 28. Erkebulan Seydahmet, 36. Denis Mitrofanov, 67. Arseni Meleşenko, 74. Qalımjan Kenjebek.

Qeyd edək ki, "Kayrat"ın H qrupundakı rəqibləri "Qarabağ", Kiprin "Omoniya" və İsveçrənin "Bazel" komandaları olacaq. Qazaxıstan və Azərbaycan təmsilçiləri arasında ilk matç oktyabrın 21-də Bakıda, təkrar qarşılaşma isə noyabrın 4-də Almatıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi