Qazaxıstan Futbol Federasiyasının prezidenti və baş katibi istefa verib

Qazaxıstan Futbol Federasiyasının prezidenti və baş katibi istefa verib Seilda Bayşakov postundan öz istəyi ilə getdiyini açıqlayıb
Futbol
10 Yanvar , 2018 18:10
Qazaxıstan Futbol Federasiyasının prezidenti və baş katibi istefa verib

Bakı. 10 yanvar. REPORT.AZ/ Qazaxıstan Futbol Federasiyasının prezidenti Seilda Bayşakov istefa verib.

"Report"un Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun İcraiyyə Komitəsinin iclasında Bayşakov öz istəyi ilə postundan getdiyini açıqlayıb.

Məsələyə fevralın 10-da KFF-in növbədənkənar konfransında baxılacaq.

İcraiyyə Komitəsinin iclasında həmçinin Kanış Aubakirovun ailə vəziyyəti ilə əlaqədar I vitse-prezident və baş katib vəzifəsindən istefası da müzakirəyə çıxarılıb. Onun yerinə Aytxojin Azamat təyin olunub. Bununla əlaqədar Azamat vitse-prezident vəzifəsindən azad olunub.

Qeyd edək ki, daha əvvəl Aleksandr Borodyuk Qazaxıstan millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

Son xəbərlər

Orphus sistemi