Qattuzo "Napoli"yə baş məşqçi təyin olunub

Qattuzo "Napoli"yə baş məşqçi təyin olunub Cennaro Qattuzo İtaliyanın Napoli komandasına baş məşqçi təyin olunub.
Futbol
12 Dekabr , 2019 00:54
Qattuzo Napoliyə baş məşqçi təyin olunub

Cennaro Qattuzo İtaliyanın "Napoli" komandasına baş məşqçi təyin olunub.

"Report"un məlumatına görə, 41 yaşlı mütəxəssis Karlo Ançelottini əvəzləyib. 

Yeni baş məşqçi ilə müqavilənin detalları açıqlanmayıb. Daha əvvəl onun 1,5 illik müqaviləyə imza atacağı bildirilib. Klub Çempionlar Liqasına vəsiqə qazansa, sözləşmə daha bir il uzadılacaq.

Qattuzonun son klubu 2017 - 2019-cu illərdə çalışdığı "Milan" olub. O, 5-ci yeri tutmuş komandanı Çempionlar Liqasına çıxara bilmədiyi üçün istefaya göndərilmişdi.

Qeyd edək ki, "Napoli" hazırda İtaliya A Seriyasında 21 xalla 7-ci pillədədir. Neapol təmsilçisi E qrupunda 12 xal toplayaraq, 2-ci yerin sahibi kimi Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi