Qattuzo "Napoli"ni A Seriyasının digər klubuna dəyişir

Qattuzo "Napoli"ni A Seriyasının digər klubuna dəyişir Hazırda "Fiorentina"ya Cuzeppe Yakini başçılıq edir
Futbol
107
17 Aprel , 2021 13:41
Qattuzo Napolini A Seriyasının digər klubuna dəyişir
Cennaro Qattuzo

İtaliyanın "Napoli" komandasının baş məşqçisi Cennaro Qattuzo cari mövsümün sonunda iş yerini dəyişəcək.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisi ilə yollarını ayırmağa hazırlaşan 43 yaşlı mütəxəssis "Fiorentina" ilə anlaşıb.

Onun yeni klubu ilə 2+1 illik müqavilə imzalayacağı bildirilib. İtaliyalı baş məşqçi 2021/2022 mövsümünün startından əvvəl Florensiya klubunda işə başlayacaq.

Qeyd edək ki, hazırda "Fiorentina"ya Cuzeppe Yakini başçılıq edir.

Son xəbərlər

Orphus sistemi