Qaret Beyl: "Sabah özümüzü qonaq kimi hiss edəcəyik"

Qaret Beyl: "Sabah özümüzü qonaq kimi hiss edəcəyik" "Daha əvvəl ağır atmosferlərdə oynamışam. Əsas komanda şəklində çıxış etməkdir".
Futbol
358
15 İyun , 2021 20:17
Qaret Beyl: Sabah özümüzü qonaq kimi hiss edəcəyik
Qaret Beyl

"Daha əvvəl ağır atmosferlərdə oynamışam. Əsas komanda şəklində çıxış etməkdir".

"Report"un məlumatına görə, bu fikirləri Uels millisinin kapitanı Qaret Beyl Bakıda Türkiyə millisinə qarşı AVRO-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.

32 yaşlı hücumçu bildirib ki, onun üçün qolu kimin vurmasının fərqi yoxdur: "Önəmli olan qalib gəlməkdir. Ümid edirəm ki, stadiondakı atmosferə dözüb, yaxşı oyun göstərəcəyik".

İspaniya "Real Madrid"inə məxsus oyunçu sabahkı matçda özlərini qonaq kimi hiss edəcəklərini vurğulayıb: "Fanatlar baxımından bəzi sıxıntıların olacağını bilirik. Amma normaldır. Atmosferdən həzz almalıyıq. Azareşlərin bizi fitə basmasına öyrəşmişəm. Sakit oynamalıyıq".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılacaq Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi