Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə"yə, "Sumqayıt" "Sabah"a qarşı - AFİŞA

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə"yə, "Sumqayıt" "Sabah"a qarşı - AFİŞA Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
Futbol
155
15 Fevral , 2020 07:30
Azərbaycan Premyer Liqası: Qarabağ Zirəyə, Sumqayıt Sabaha qarşı - AFİŞA

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə ilk qarşılaşma keçiriləcək. Lider "Qarabağ" səfərdə "Zirə" ilə qarşılaşacaq. Hazırda Ağdam təmsilçisinin 35 xalı var, paytaxt klub isə 20 xalla 5-ci yerdədir. "Qarabağ" birinci dövrədə 3:1 hesabı ilə qələbə qazanıb. İkinci dövrədəki oyun isə bərabərliklə bitib - 1:1.

Komandalar indiyədək 18 dəfə üz-üzə gəliblər. Qəsəbə təmsilçisi hələ ki, rəqibini məğlub edə bilməyib. "Köhlən atlar" 13 dəfə meydanı 3 xalla tərk ediblər, 5 qarşılaşma isə heç-heçə bitib. “Qarabağ” ardıcıl 5 səfər matçında da qələbə qazanıb. Topların fərqində də son ölkə çempionunun aşkar üstünlüyü var - 37:8.

Günün digər matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 4-cü, qonaq komanda isə 16 xalla 6-cı sıradadır. "Sumqayıt" hər iki dövrədə qələbə qazanıb - 1:0, 3:1.

Rəqiblər Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. Meydan sahibləri 6, paytaxt klubu isə 1 dəfə qələbə sevinci yaşayıb. Topların fərqində də "Sumqayıt" öndədir - 10:4. "Sabah" 3 matçdır rəqibi ilə görüşdə xal qazana bilmir. "Sumqayıt"ın evindəki bütün matçlarında isə tərəflər bir qol vura biliblər.

Azərbaycan Premyer Liqası, XVII tur

15 fevral (şənbə)

15:00. “Zirə” –“ Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu

17:00. “Sumqayıt” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Kapital Bank Arena”

Qeyd edək ki, XVII tura fevralın 16-da keçiriləcək "Neftçi" - "Keşlə" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi