"Qarabağ" "Zirə"ni məğlub edərək liderliyini möhkəmlədib

"Qarabağ" "Zirə"ni məğlub edərək liderliyini möhkəmlədib Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısına yekun vurulub.
Futbol
16 Dekabr , 2021 20:51
Qarabağ Zirəni məğlub edərək liderliyini möhkəmlədib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısına yekun vurulub.

"Report"un məlumatına görə, XIV turun son oyununda "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun heyətində hər iki qolu Musa Qurbanlı vurub. 19 yaşlı hücumçu görüşün 6-cı və 53-cü dəqiqələrində fərqlənərək komandasına 3 xal qazandırıb.

Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. 22 xala malik "Zirə" isə "Neftçi" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib, "Keşlə" səfərdə "Sumqayıt"a 3:1, "Sabah" isə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi