Qurban Qurbanov: "Aqollinin taleyinə martın 15-dən sonra aydınlq gələcək" - YENİLƏNİB-2

Qurban Qurbanov: "Aqollinin taleyinə martın 15-dən sonra aydınlq gələcək" - YENİLƏNİB-2 Bakı. 9 mart. REPORT.AZ/ Hər iki komanda bir hissə daha yaxşı oynadı və bir xala layiq idi. Xallarımızın üzərinə biri də əlavə edildi. “Zirə” son üç matçda tam fərqli oynayır. Bəzən düşündüyün hücumların 5-6-sını reallaşdıranda, sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq.
Futbol
180
9 Mart , 2019 21:13
Qurban Qurbanov: Aqollinin taleyinə martın 15-dən sonra aydınlq gələcək - YENİLƏNİB-2
Qurban Qurbanov

Bakı. 9 mart. REPORT.AZ/ "Hər iki komanda bir hissə daha yaxşı oynadı və bir xala layiq idi. Xallarımızın üzərinə biri də əlavə edildi. “Zirə” son üç matçda tam fərqli oynayır. Bəzən düşündüyün hücumların 5-6-sını reallaşdıranda, sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq".

“Report” xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Mahir Mədətovun müdafiəyə kömək etməsinə toxunub:

“Ola bilər ki, ilk hissədə müdafiədə kömək edirdi. Ancaq fasilədən sonra sırf öndə çıxış etdi".

Qurbanov komandanın qış fasiləsindən sonra keçirdiyi oyunlarda xal itirməsindən də söz açıb:

“Bu barədə narahatlıq həmişə olur. Xal itkiləri təkcə yanvardan sonra yox, dekabra kimi də var idi. Çempionluq üçün daha çox xal toplamalı və daha yaxşı çıxış etməlisiniz. Mövsüm ərzində bütün oyunlar çətin keçir. Digər illəri nəzərə alanda, indi az xalla da çampion olmaq mümkündür.

Təcrübəli məşqçi Mədətovun Yunanıstanın AEK klubundan təklif alması ilə bağlı yayılan iddialara da münasibət bildirib:

Son iki ildir ki, belə təkliflərin olduğu deyilir. Maraqlananlar ola bilər. Ancaq kluba rəsmi təklif gəlməyib. Hazırda Ansi Aqolliyə təklif var. Ailəsi ABŞ-da yaşayır. Bu məsələ təxminən bir aya yaxındır ki, gündəmdədir. Aqolli hamımızın sevimlisidir. Ona görə də istərdim ki, gələcək həyatını yaxşı qursun. Hələlik, son qərar verilməyib. Sadəcə, Ansi ilə mənim dialoqum olub. Qərar martın 15-dən sonra veriləcək".

Mütəxəssis bildirib ki, komandalar bir-biri ilə çox görüşdükcə, daha inamlı çıxış etməyə başlayırlar:

“Bu, dünyanın hər yerində belədir. Hər iki amilin təsiri ola bilər. Biz hər il daha güclü olmaq istəyirik. Hər bir halda futbolçularımzdan razıyam. Bəzi nöqsanları çıxsaq, hər şey məni qane edir”.


***20:49

Bakı. 9 mart. REPORT.AZ/ "Əsas odur ki, uduzmadıq. Düzgün başa düşün, bu cür komandalara məğlub olmamaq qarşıdakı matçlara yaxşı motivasiya verir".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, futbolçuların təkbətək oyunlarda rəqibə qarşı mübarizə aparmaları vacib idi. O, ilk hissədə rəqibi üstələdiklərini vurğulayıb:

"İkinci hissədə rəqibin təzyiqindən sonra müdafiədən oynamalı olduq. Əks-hücumlarda şanslarımızdan istifadə edə bilmədik. Üzülmürük. Yaxşı nəticədir. Bu cür oyunlar bizim üçün faydalıdır. Görüləcək işlər çoxdur. İnanıram ki, ən yaxşılardan yox, ən yaxşısı olacağıq".


***20:37

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Zirə"ni qəbul edib.

Görüş qolsuz yekunlaşıb. Oyun ərzində Ağdam komandası hücumda olsa da, real qol imkanları yaratmaqda çətinlik çəkib. Qəsəbə təmsilçisi əks-hücumlara bel bağlasa da, fərqlənə bilməyib.

Bu, iki komanda arasında 15-ci oyun olub. "Qarabağ"ı bu dəfə də yenə bilməyən "Zirə" 4-cü heç-heçə ilə kifayətlənib. Samir Abasovun baş məşqçi olduğu kollektiv həm də ağdamlılara ardıcıl 5 oyundan sonra uduzmayıb. Digər tərəfdən, "Zirə" çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 5-ə, "Qarabağ" isə 11-ə çatdırıb.

Heç-heçəyə rəğmən, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv xallarını 42-yə çatdıraraq, ən azı bir günlük liderliyə yüksəlib. "Zirə" isə 19 xalla 7-ci pillədə qalıb. 

Son xəbərlər

Orphus sistemi