"Qarabağ" yeni futbolçu transfer etdi

"Qarabağ" yeni futbolçu transfer etdi "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
1431
16 İyul , 2021 17:12
Qarabağ yeni futbolçu transfer etdi
Marko Veşoviç

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi monteneqrolu müdafiəçi Marko Veşoviçi transfer edib.

"Köhlən atlar" 30 yaşlı oyunçunun keçidini video ilə açıqlayıb. Təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Monteneqro millisinin formasını geyinən Marko Veşoviç ölkəsinin "Buduçnost", Serbiyanın "Srvena Zvezda", İtaliyanın "Torino", Xorvatiyanın "Riyeka" komandalarında çıxış edib. Onun son klubu isə Polşa "Legiya"sı olub.

Son xəbərlər

Orphus sistemi