​"Qarabağ" - "Yanq Boyz" oyununa 7 min bilet satılıb

​"Qarabağ" - "Yanq Boyz" oyununa 7 min bilet satılıb Biletlərin sabah axşamadək satılacağı gözlənilir
Futbol
25 Avqust , 2015 17:07
​Qarabağ - Yanq Boyz oyununa 7 min bilet satılıb

Bakı. 25 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının "play-off" mərhələsinin Bakıda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyununa 7 000 bilet satılıb. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Klub rəsmisi bildirib ki, avqustun 25-i günorta saatlarına qədər bu sayda bilet satılıb: "Sabah axşam saatlarınadək satışa çıxarılan bütün biletlərin alınacağı gözlənilir".

Qeyd edək ki, "Qarabağ" və "Yanq Boyz" komandaları arasında keçiriləcək cavab görüşü avqustun 27-də baş tutacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.

İsveçrədə keçirilən ilk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. 

Son xəbərlər

Orphus sistemi